Ermənistan

Yerevanda polislə toqquşmalar - 7 nəfər xəstəxanaya yerləşdirildi

22 Aprel 2018 16:44
Baxış: 1 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevanda polislə toqquşmalardan sonra 7 nəfər etirazçı xəstəxanaya yerləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Nazirliyin məlumatına görə, aprelin 16-da xəsarət alan daha üç nəfər müalicə alır.

Xatırladaq ki, bu gün səhər müxalifət lideri Nikol Paşinyan və baş nazir Serj Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.