Ermənistan

Erməni polisi etirazçılara güc tətbiq edib, xəsarət alanlar var - YENİLƏNİB

22 Aprel 2018 12:34
0 Şərh     Baxış: 2 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:34

Ermənistan polisinin etiraz aksiyalarının iştirakçılarına qarşı güc tətbiq etməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təcili yardım maşınları hadisə yerindən yaralananları aparıb.

Yürüş Yerevanın Erebuni rayonunda dayandırılıb. Polis etirazçıları mühasirəyə alıb, bir neçə asayiş keşikçisi kütlədən Paşinyanı çıxarıb.

Xatırladaq ki, daha öncə Paşinyan və Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

-----------

12:26

Ermənistan polisi etiraz aksiyaların iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yürüş Yerevanın Erebuni rayonunda dayandırılıb. Polis etirazçıları mühasirəyə alıb, bir neçə asayiş keşikçisi kütlədən Paşinyanı çıxarıb.

Xatırladaq ki, daha öncə Paşinyan və Sarkisyan arasında qısa sürən danışıqlar nəticəsiz yekunlaşıb.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

------------

12:04

Ermənistan polisi müxalifət lideri Nikol Paşinyanı saxlayıb. Milli.Az bildirir ki, bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.