Ermənistan

Paşinyan və Sarkisyanın görüşü nəticəsiz yekunlaşıb

22 Aprel 2018 10:50
0 Şərh     Baxış: 2 003
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın baş naziri Serj Sarkisyan və etiraz aksiyasının lideri Nikol Paşinyan arasında keçirilən görüş nəticəsiz yekunlaşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sarkisyan qısa sürən nəticəsiz danışıqlardan sonra oranı tərk edib.

Sarkisyan öncə bildirib ki, danışqılar jurnalistlərin iştirakı ilə keçirilməməlidir, Paşinyan buna cavab olaraq deyib ki, danışıqlar zamanı yalnız Sarkisyanın istefası müzakirə olunacaq.

"Əgər siz bu cür danışmağa davam etsəz, mənə sizə yalnız hüquqi müstəviyəyə və məntiqi hərəkətlərə qayıtmağa məsləhət etməyim qalır, əks halda bütün məsuliyyət sizin üzərinizə düşür, seçin", deyə Sarkisyan bildirib.

Paşinyan qeyd edib ki, heç kim onunla hədə-qorxu dilində danışa bilməz. O əlavə edib ki, prezident ölkədə nə baş verdiyini dərk etmir: "Ölkədə hakimiyyət xalqa keçib".

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.