Ermənistan

İrəvan sakinləri Sarkisyana qarşı - Etirazçılar yolu bağladılar

16 Aprel 2018 10:40
0 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vətəndaş müqaviləsi" birliyi partiyasının şura üzvü Nikol Paşinyan tərəfdarları ilə birgə İrəvanda Baqramyan prospektini bağlayıb. 

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, onlar yolun hərəkət hissəsində əyləşərək avtomobillərin hərəkətinə mane olurlar.
İşə tələsən ermənilər isə yaranan vəziyyətə görə narazılıqlarını bildirirlər. Paşinyan narahatlığa görə üzr istəyib, amma, eyni zamanda, qeyd edib ki, siyasi aksiya davam etdirilir: 

"Biz narahatlıq verdiyimiz vətəndaşlardan üzr istəyirik. Lakin bu balaca narahatlıqla daha böyük narahatlıqdan - Serj Sarkisyan və Respublikaçı Partiyasından yayınmağa çalışırıq". O, həmçinin qeyd edib ki, tezliklə digər küçələr də bağlanacaq.

Polis aksiyanın keçirildiyi ərazini mühasirəyə alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.