Ermənistan

Üç əsgəri güllələyən qatil hadisə barədə həbsxanada kitab yazdı

11 Mart 2018 13:07
1 Şərh     Baxış: 2 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda 22 il əvvəl öldürülmüş üç əsgərin valideyni qatili - ömürlük azadlıqdan məhrum edilmiş Aşot Manukyanı bağışladıqlarını bəyan ediblər.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, cinayətkarın vəkili bildirib ki, A.Manukyan əfv haqqında ərizə ilə müraciət edə bilər. 

Onun sözlərinə görə, həbsxanada olduğu müddətdə Aşot Manukyan yaxşı davranış nümayiş etdirib, hadisə barədə kitab da yazıb. 

Aşot Manukyan 20 yaşında həbs edilib. Öz ifadəsinə əsasən, A.Manukyan əsgər yoldaşları ilə borca görə mübahisə edib və nəticədə onları cəzalandırıb. 
Hadisə 1996-ci il fevral ayında baş verib. Vladik Osipyan, Samvel və Sergey Vardanyan qardaşları Aşotun qurbanı olublar. 

Qətli törətmiş Manukyan əvvəlcə güllələnməyə məhkum edilib, lakin ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunub. Manukyan şərti-növbədənkənar azad edilməsi xahişi ilə dəfələrlə müraciət edib, lakin hər dəfə ona rədd cavabı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.