Ermənistan

Ermənistanda tələbələr aclıq aksiyasına başlayıblar

14 Noyabr 2017 13:23
2 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerevanda bir neçə gündür etiraz aksiyası keçirən tələbələrdən 5-i acılıq aksiyasına başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Eləmin inkişafı naminə" təşəbbüsün koordinatoru David Petrosyan bildirib.

Aclıq aksiyası Yerevan Dövlət Universitetinin auditoriyalarından birində keçirilir.
"Biz, 5 tələbə aclıq elan edirik. Bununla da hərbi xidmətdən möhlət hüququnun ləğvinə ictimaiyyətin laqeydliyinə və qanun layihəsinə qarşı mübazirəni davam etdiririk", - o vurğulayıb.

Qeyd edək ki, noyabrın 7-dən Yerevan Dövlət Universitetinin tələbləri tətil elan ediblər və etiraz aksiyası keçirirlər. Noyabrın 13-də etiraz aksiyası yenidən bərpa olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.