Ermənistan

Ermənistanın sabiq müdafiə nazirinə qarşı növbəti ittiham

26 Oktyabr 2023 13:20
Baxış: 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın sabiq müdafiə nazirinə qarşı qiyabi olaraq yeni ittiham irəli sürülüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, Ermənistanın sabiq müdafiə naziri Vigen Sarqsyan mənzil qeydiyyatına düşmək hüququ olmayan hərbi qulluqçulara və orduda xidmət etməyən şəxslərə mənzillərin verilməsində ittiham olunur.

Xatırladaq ki, bundan öncə də Sarqsyan oxşar cinayətdə ittiham olunub və axtarışa verilib.

Sabiq nazir isə bütün baş verənləri siyasi təqib adlandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.