Ermənistan

Ermənistan səfillik uçurumunda

2 Dekabr 2021 13:12
Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə Ermənistanda yoxsulluğun səviyyəsi 2019-cu illə müqayisədə 0,6% artaraq 27% təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın "Fakt" qəzeti  ölkənin Statistika Komitəsinin məlumatlarına istinadən yazıb. Eyni zamanda qeyd edilir ki, bu, aysberqin yalnız görünən hissəsidir, ekspertlərin fikrincə, bu rəqəmlər real mənzərəni əks etdirmir. Qəzetin yazdığına görə, Ermənistan əhalisinin 78%-inin ən azı bir həftə evdən kənarda qalmağa imkanı yoxdur. 68%-i 45 min dram, yəni 92,78 dollar məbləğində gözlənilməz xərcləri ödəyə bilmir, 75%-i isə idman zallarına, kinoteatrlara, konsertlərə və digər əyləncə yerlərinə baş çəkməkdən imtina etməyə məcburdur.

Bundan başqa, Ermənistan əhalisinin 47%-nin hər gün ət, toyuq, balıq yeməyə imkanı yoxdur. Təxminən 60% avtomobil ala bilmir. 51%-i ayda ən azı bir dəfə şənliklərə gedə bilmir, 42%-i mənzildə lazımi istiliyi təmin edə, daha 30%-i isə qarderobunu yeniləyə bilmir.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.