Amerika

Tramp populyarlıqda Baydeni ötdü

21 Oktyabr 2021 09:18
0 Şərh     Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Donald Tramp populyarlığına görə hazırkı dövlət başçısı Baydeni arxada qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kvinnipeks Universitetinin ölkə əhalisi arasında keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.

Sorğuya əsasən, hazırda amerikalıların 39%-i Trampa, 38%-i isə Baydenə müsbət yanaşır.

Buna baxmayaraq, eks-prezidentin antireytinqi daha yüksək olaraq qalır. Respondentlərin 52%-i respublikaçı, 50%-i isə demokrat prezidentin fəaliyyətinə mənfi rəy veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.