Amerika

Trampın hasar planı... - 1 milyard dollar ayrıldı

26 Mart 2019 14:19
0 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pentaqon Prezident Donald Trampın Meksika ilə sərhəddə hasar çəkilməsi planının həyata keçirilməsi üçün 1 milyard dollar ayırıb.

Milli.Az Teleqraf.com-a istinadla xəbər verir ki, ABŞ-ın müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan divarın inşası üçün Pentaqonun büdcəsindən 1 milyard dolların istifadə edilməsi üçün müvafiq sənədi imzalayıb.

Pentaqondan verilən yazılı açıqlamada qeyd edilir ki, Müdafiə naziri Şanahan Daxili İşlər Nazirliyi və Gömrük Mühafizə Xidmətinin sərhəd təhlükəsizliyi ilə bağlı fəaliyyətinə 1 milyard dollar dəstək göstərilməsi üçün ABŞ Quru Qoşunları Komandanlığına tapşırıq verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.