Amerika

"Qarabağ"ın ilk sınağı

16 Yanvar 2019 09:22
0 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Uypeşt" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" əslində Antalyada ilk yoxlama oyununu yanvarın 12-də Rumıniyanın "Botoşani" klubuna qarşı keçirməli olsa da, güclü yağış səbəbindən matç ləğv olunmuşdu.

Xatırladaq ki, Qurban Qurbanovun komandası "Uypeşt"lə oyundan başqa, daha 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdamlılar yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla üz-üzə gələcək.

Yoxlama oyunu

16 yanvar

18:00. "Qarabağ" (Azərbaycan) - "Uypeşt" (Macarıstan)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.