Amerika

Melaniya Trampdan bu məmuru qovmasını istədi

14 Noyabr 2018 19:16
0 Şərh     Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun müavini Mira Rikardeli Melaniya Trampla mübahisə etdiyinə görə vəzifəsindən azad edəcək.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə "Röyter" yazıb.

Məlumata görə, birinci xanım Mira Rikardelin ona qarşı rəftarından narazı olması barədə Donald Trampa şikayət edib və dərhal onu vəzifəsindən azad etməsini istəyib.

Melaniya Tramp və Rikardel arasında narazılıq birinci xanımın oktyabr ayında Afrikaya səfəri zamanı yaşanıb. Bəzi mənbələr səfər zamanı tərəflər arasında münasibətlərin yaxşı olmadığını, bəziləri isə Rikardelin birinci xanımı Afrika turu üçün ayrılan resurslardan məhrum etməyə çalışdığını qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.