Amerika

Tramp: "İran nüvə silahından imtina etməyə hazırdır"

9 İyun 2026 16:48
Baxış: 330
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran yaxın iki həftə ərzində razılaşma əldə edə bilər.

Milli.Az xəbər verir ki, o, respublikaçı senator Lindsey ilə keçirilən telekonfransda İranın razılaşmaya maraqlı olduğunu deyib və danışıqların müsbət istiqamətdə getdiyini vurğulayıb.

Trampın sözlərinə görə, İran nüvə silahından imtina etməyə hazırdır və tərəflər vacib şərtlər üzərində razılığa yaxınlaşırlar. O həmçinin ABŞ-in danışıqlarda üstün mövqedə olduğunu qeyd edib və yaxın müddətdə nəticə əldə olunacağına inandığını bildirib.

O əlavə edib ki, mümkün razılaşmadan sonra neft qiymətlərinin də enməsi gözlənilir.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.