Amerika

Trampdan ŞOK: Ukraynaya buna görə razılaşdı

27 Fevral 2025 16:12
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri, Ukraynada atəşkəsə zəmanət vermək məqsədilə qoşun göndərməyə hazır olduqlarını bildiriblər.

Milli.Az xəbər verir ki, Fransanın maliyyə naziri Erik Lombardın verdiyi məlumata görə, Avropa ölkələri və ABŞ bu məsələdə müzakirələr aparırlar. O, bildirib ki, atəşkəs çağırışları bütün tərəflər arasında getdikcə daha çox dəstəklənir:

"Vaşinqtonda bu barədə müzakirələr aparmışıq və müəyyən irəliləyiş əldə etmişik. Biz atəşkəs və bunun təminatına Avropa ölkələrinin ABŞ ilə birgə zəmanət verməsini istəyirik."

Lombardın sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp da bu mövzu ilə razıdır:

"Əlbəttə, bu məsələnin həlli üçün daha çox müzakirə lazımdır, çünki Volodimir Zelenski və Vladimir Putin bunu müzakirə etməlidirlər, amma Avropa və Amerika da bu prosesi dəstəkləyə bilər."

Nazir əlavə edib ki, hazırda Ukrayna ilə bağlı texniki müzakirələr aparılır və nəticə etibarilə Avropa qoşunları atəşkəsin həyata keçirilməsi və onun gözlənilən qaydalara uyğun davam etməsi üçün cəlb ediləcək. Böyük Britaniya, Almaniya və Fransa bu məsələyə hazır olduqlarını bildiriblər, digər Avropa İttifaqı ölkələri də bu səylərə qatılmağa razıdırlar.

Asya

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.