Dünya

İran Ermənistana neft məhsulları ixrac edəcək

28 Fevral 2012 17:59
Baxış: 195
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İranın neft naziri Rüstəm Qasımi və Ermənistanın energetika naziri Armen Movsisyan bu gün İrandan Ermənistana benzin və digər neft məhsullarının ixracını nəzərdə tutan sazişi imzalayıblar. Bu barədə çərşənbə axşamı Trend "Mehr" agentliyinə istinadən məlumat verir.

Sazişə uyğun olaraq, İran Ermənistana benzin, dizel yanacağı, kerosin və aviasiya yanacağı tədarük edəcək.

Tərəflər, həmçinin iki ölkə arasındakı sərhəddə neft terminalının tikintisi haqqında da razılığa gəliblər.

İran sutkada təxminən 50 milyon litr benzin və 100 milyon litr maye qaz istehsal etmək iqtidarındadır.

İran Milli Neft Emalı Şirkətinin direktoru Əlirza Zeyqami deyib ki, İran hazırda qonşu ölkələryə benzin və dizel yanacağı ixrac edir.

Onun sözlərinə görə, İraq, Ermənistan, Əfqanıstan və Pakistan hazırda İrandan benzin və dizel yanacağı idxal edir və ya idxal etməyi planlaşdırır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.