Dünya

Polis rəisi sərt reaksiyaya söz verdi

25 Noyabr 2014 23:02
0 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sent-Luis (Missuri ştatı) şəhərinin polis idarəsinin rəisi bildirib ki, Ferqyusonda ötən gecə baş vermiş kütləvi iğtişaşlarla bağlı polis belə olacağı halda, növbəti axşam və gecə daha sərt tədbirlərə əl atacaq.

Trend TASS agentliyinə istinadən bu barədə məlumat verir.

"Biz erkən iğtişaşların qarşısını almaq niyyətindəyik, - o, bildirib. Biz bunun üçün kifayət qədər ehtiyatlara malikik", - Sem Dotson bildirib.

Polis həmçinin əlavə edib ki, cinayətkarlar Ferqyusondakı etirazları kriminal məqsədlər üçün istifadə ediblər. Onun sözlərinə görə, "ötən gecədəki hadisələri cinayətkarlar öz kriminal məqsədləri üçün istifadə ediblər".

Hazırda Sent-Luis və Ferqyusonda vəziyyət sabit saxlanılır. Ötən gecə şəhərdə və onun ətrafındaki iğtişaşları bir çox evlərdəki sındırılmış pəncərələr, həmçinin bir neçə yandırılmış binalar və avtomobillər göstərir.

Etiraz kütləvi ictimai asayişin pozulmasına, polislə toqquşmalara çevrildi. Soyğunçuların dağıdılması üçün polis gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qaldı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.