Dünya

Dərdi olanlara 450 milyard vədi

10 Sentyabr 2011 18:59
0 Şərh     Baxış: 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Plana iş yerləri açılması məqsədilə kiçik bizneslər üçün vergilərin ləğv edilməsi, eləcə də müəllim və yanğınsöndürənlər üçün maliyyələşdirmələr daxildir.

Obama Konqresin birgə sessiyasında bildirib ki, paketin qəbul olunması üçün siyasətçilər cəld hərəkət etməlidirlər.

Plana dəstəyinin həlledici olduğu bildirilən respublikaçı konqresmen John Boehner onun "nəzərdən keçirilməyə layiq" olduğunu deyib.

Respublikaçıların Nümayəndələr Palatasına nəzarəti Obamanın bir çox qanunvericilik təkliflərinin qarşısını alıb.

Bəzi respublikaçılar planı prezidentin gələnilki seçkilər öncəsi populyarlıq qazanmaq cəhdləri kimi izah ediblər.

Prezident qanun layihəsini Konqresə gələn həftə təqdim etməyə hazırlaşır.

Amerikalıların 9.1 faizi hazırda işsizdir və seçki kampaniyasında bu məsələnin əsas olacağı gözlənilir.

Nümayəndələr Palatasının respublikaçı spikeri Boehner Demokratlar və Respublikaçıların qanun layihəsi üzərində birgə işləyəcəklərinə ümid bəslədiyini bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.