Dünya

Gürcülər almanları heyrətləndirdilər

27 Noyabr 2014 22:07
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada tunel qazaraq qızıl mağazasından oğurluq edən gürcülər tutulub.

Milli.Az anspress-ə istinadən bildirir ki, altı gürcüstan vətəndaşı Kölndəki qızıl mağazasından oğurluq etməkdə günahlandırılaraq həbs olunublar. Almaniya polisinin məlumatına görə, onlar bura tunel vasitəsilə daxil olublar.

Gürcüstanın "Rustavi-2" telekanalının məlumat verir ki, cinayətkarlar mağazadan 6 kiloqram dəyərində qızıl əşyaları oğurlayıblar. Onlar mağazanın zirzəmisinə tuneli qonşu binadan qazıblar. Oğurlanan əşyaların qiyməti 100 min avro dəyərində olub.

Qeyd edək ki, qızıl mağazasını qarət etmək oğrulara ikinci dəfə qismət olub. Birinci dəfə onlar mağazaya damdan daxil olmaq istəyiblər, lakin bu onlarda uğursuz alınıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.