Dünya

Papa müsəlmanlardan yardım istədi

27 Noyabr 2014 23:09
1 Şərh     Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Papası Fransisk müsəlman ölkələrə çağırış edib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Fransisk siyasi və dini liderlərdən İŞİD-in xristianlara qarşı etdiyi hücumlara qarşı çıxmasını xahiş edib.

İsrailin "Yedioth Ahronoth" qəzetinə müsahibə verən Papa xristianlıq tarixində ilk dəfə bu qədər pis duruma düşdüklərini bildirib.

Fransisk, xüsusilə müsəlman liderlərinə səslənərək xristianlar, yezidilər və digər etniklərə qarşı yaxşı rəftar edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Papa 3 günlük rəsmi ziyarətlə sabah Türkiyəyə geləcək.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.