Dünya

Rusların "qadına döndərdiyi" erməni pərişan qaldı

25 Noyabr 2014 23:14
0 Şərh     Baxış: 2 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva şəhər məhkəməsi bü gün keçirdiyi iclasda 18 nəfərin ölümünə səbəb olan yol qəzasını törədən erməni Hraçiya Arutunyan barədə qərarı qüvvədə saxlayıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, 6 il ay 9 ay azadlıqdan məhkum edilmiş "Kamaz" sürücüsünün şikayəti 2-ci instansiya məhkəməsi tərəfindən rədd edilib.

Beləliklə Moskvanın Troitsk rayon məhkəməsinin çıxardığı qərar qüvvədə qalıb.

Qeyd edək ki, məhkəmənin 2014-ci il avqustun 4-də çıxardığı qərara əsasən Arutunyan iki və daha çox şəxsin ölümünə səbəb olmuş yol hərəkəti qaydaların pozulmasında təqsirli bilinib. Həmçinin o saxta sənədlərin istifadəsində ittiham olunub.

Xatırladaq ki, 2014-cü ilin iyul ayının 13-də Arutunyanın idarə etdiyi "KamAZ" markalı maşın yüksək sürətlə hərəkət edərək sərnişin avtobusuna çırpılıb. Zərbənin təsirindən avtobus ortadan bölünüb. Nəticədə 18 nəfər ölüb. Qraç Arutyunyan qəza baş verən an yük maşınından yola düşdüyü üçün sağ qala bilib.

46 yaşlı ermənini ilk məhkəmə iclasına gətirilərkən əyninə qadın paltarı geyindirilmişdi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.