Dünya

Ölümündən 70 il sonra bəraət verildi

18 Dekabr 2014 21:54
0 Şərh     Baxış: 1 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika məhkəməsində irqçiliyin yeni izləri üzə çıxdı 

XX əsrdə ABŞ-da ölümə məhkum edilmiş ən gənc amerikalının adı Corc Stinnidir. O, elektrik stolunda can verəndə cəmi 14 yaşı vardı. Hökm 70 il əvvəl, 1944-cü ildə icra olunub.
 

Milli.Az musavat.com-a istinadən bildirir ki, hakim Karmen Mullen deyib ki, 14 yaşlı oğlana çıxarılan hökm son dərəcə müəmmalıdır. O, Cənubi Karolinada iki ağdərili qızı öldürməkdə təqsirli bilinib. Məhkəmə 3 saatdan da az davam edib. Ortada hər hansı bir sübut və şahid olmayıb.

Qeyd olunur ki, həbs olunmuş oğlana o qədər təzyiqlər olub ki, o, polislərin istəyinə uyğun ifadələr verib.
 

Corc Stinni və onun bacısı Emi Rafner qətlə yetirilmiş 2 agdərili qızı ən sonuncu görənlərdir. Öldürülmüş qızlardan birinin 7, o birinin isə 11 yaşı olub. Maraqlıdır ki, Corc Stinninin atası da öldürülmüş qızların axtarışında iştirak edib. Meyitlər xəndəkdən tapılıb. Ölənlərin başı ağır alətlə əzilibmiş.

14 yaşlı qaradərili həbs olunub və 3 ay müddətində ona ölüm hökmü çıxarılıb. Hətta hokum icra edən cəllad etiraf edib ki, Corc Stinni çox balaca olduğundan elektrik stulunda güclə yerləşdirilib.
 

"The Associated Press" yazır ki, bu fakt ondan xəbər verir ki, illər öncə məhkəmə sədri, prokuror və müstəntiq ağdərili olanda, qaradərililərin müdafiəsi xeyli çətin olub.
 

Corc Stinninin ailəsi həmişə təkid edib ki, o, bu cinayətdən xəbərsiz olub. Sonda ailə yenidən məhkəməyə üz tutub. Həm də bu cinayətlə bağlı ortaya yeni faktlar çıxıb.
 

Bu işə yenidən baxmış hakim Karmen Mullen deyib ki, o, indiyə kimi belə bir ədalətsiz qərarla rastlaşmayıb: "Düşünürəm ki, bu, ağlasığmaz ədalətsizlikdir". Hakim xanım qeyd edib ki, bu işdə saxta və qurama şeylər çoxdur və bunlar elə ilk baxışdan gözə girir. Ona görə də biz Corc Stinniyə bəraət verdik.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.