Dünya

Avropa Parlamentinin sədri Rusiyanı "vurmaq" istəyir

18 Dekabr 2014 23:33
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Parlamentinin sədri Martin Şults Rusiyaya qarşı yeni sanksiya paketi hazırlamağa çağırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Şults Rusiyaya qarşı hazırda tətbiq edilən sanksiyaların yüngülləşdirilməsinə səslənən çağırışların əleyhinə olduğunu da qeyd edib.

"Üç mərhələli sanksiya rejimi hələlik saxlanılmalıdır... Münaqişənin mümkün dərinləşməsinə hazır olmağımızı təmin etmək üçün biz daha bir məqsədyönlü sanksiya paketi üzərində çalışmalıyıq", deyə Şults Aİ liderlərinin sammitində çıxışı zamanı bildirib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.