Dünya

Tanınmış müğənni sətəlcəmdən öldü

29 İyun 2017 12:55
4 Şərh     Baxış: 2 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın məşhur qrupu "Иванушки International"ın keçmiş solisti Oleq Yakovlev dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda onun xanımı Aleksandra Kuçevol xəbər verib. O, sosial şəbəkədə yazıb:

"Həyatımın əsas kişisi, mənim mələyim, mənim xoşbəxtliyim. İndi mən neyniyəcəyəm sənsiz?"

48 yaşında dünyasını dəyişən müğənni bir müddət əvvəl ağır sətəlcəmdən xəstəxanaya yerləşdirilmişdi. O, son günləri süni tənəffüs aparatına qoşularaq yaşayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.