Dünya

Vatikanın xəzinadarı uşaqbazlıqda suçlanır - BÖYÜK QALMAQAL - VİDEO - FOTO

29 İyun 2017 11:06
3 Şərh     Baxış: 1 531
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Katolik Kilsəsinin iqtisadi və maliyyə məsələləri üzrə katibliyinin rəhbəri, avstraliyalı kardinal, 76 yaşlı Corc Pell uşaqbazlıqda və yetkinlik yaşına çatmamışlara təcavüzdə suçlanır.

Milli.Az The Herald Sun-a istinadən bildirir ki, Avstraliyanın Viktoriya əyalətinin polis departamentinin yetkilisi Şeyn Pattonun dediyinə görə, kardinal Corc Pellə bir neçə ittiham irəli sürülüb: "Onun məhkəmə prosesi iyulun 18-də Melburn Magistrat Məhkəməsində başlayacaq".

Corc Pell Vatikanda Papa 1-ci Fransiskdən sonra üçüncü adam sayılır.

2014-cü ildə kardinal Pellin azyaşlılara təcavüz etməsi ilə bağlı iddialar səslənmiş, qalmaqal qopmuşdu. O, Melburn və Sidney şəhərlərində arxiyepiskop olduğu dönəmlərdə azyaşlılara qarşı əxlaqsız hərəkətlərdə ittiham olunurdu.

C.Pell ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Vatikanın xəzinadarı uşaqbazlıqda suçlanır -BÖYÜK QALMAQAL

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.