Dünya

İran rəsmisi: "ABŞ-ın Suriyada macəra axtarışı odla oynamağa bənzəyir"

28 İyun 2017 18:54
0 Şərh     Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ-ın Suriyada macəra axtarışı odla oynamağa bənzəyir".
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.
 
ABŞ-ın Suriya hökumətinə qarşı hədələrinə münasibət bildirən Ə. Şəmxani bildirib ki, Dəməşqə əsassız iddiaların irəli sürülməsi Vaşinqtonun terrorizmə qarşı mübarizədə ardıcıl uğursuzluqlarını ört-basdır etmək məqsədi daşıyır: "ABŞ Suriya ordusunun yeni qələbələri ilə mübarizə aparmaq istəyir. Əgər ABŞ hökuməti öz iddialarında əmindirsə, onları araşdırmaq üçün sübutlarını Kütləvi Qırğın Silahlarının Yayılmaması Mərkəzinə təqdim etməlidir".
 
Ə. Şəmxani onu da əlavə edib ki, ABŞ-ın Suriya ordusunun hərbi bazasına zərbəsindən sonra İranla Rusiya məsələ ilə bağlı faktaraşdırıcı qrupun yaradılması təşəbbüsü ilə çıxış etsələr də, Vaşinqton buna mane olub. O, ABŞ-a bu kimi addımların pis nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.