Dünya

Ukraynanın erməni naziri: "Təsadüfi deyil ki, virus sözü "RUS"la bitir"

28 İyun 2017 15:54
0 Şərh     Baxış: 1 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi Kiyev hesab edir ki, bir neçə gündür bəzi ölkələrdə xeyli fəsadlar törətmiş "Petya.A" virusunun yayılmasında rusiyalı hakerlərin əli ola bilər. Xatırladaq ki, bu virusdan ən çox əziyyət çəkən ölkələr arasında Rusiyanın özü də var.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ukraynanın infrastruktur naziri, milliyyətcə erməni olan Vladimir Omelyan özünün "Facebook" səhifəsində kiberhücumlarda Rusiyanı ittiham edib. Məmurun fikrincə, bunu "virus" sözünün özü də sübuta yetirir.

"Təsadüfi deyil ki, "virus" sözü "RUS" hərf birləşməsi ilə bitir", - Omelyan öz səhifəsində yazıb.

Bildirək ki, "Petya.A" virusunun yayılması üzündən Ukrayna və Rusiyadan savayı, İtaliya, İsrail, Serbiya, Macarıstan, Rumıniya, Polşa, Argentina, Çexiya və Almaniya istifadəçiləri də zərər görüblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.