Dünya

Sevgilisi ilə birləşib ərini öldürdü - Facebookda status yazıbmış - FOTO

28 İyun 2017 18:48
0 Şərh     Baxış: 2 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

29 aprel tarixində Adana şəhərinin Sarıçam mahalında meydana gələn hadisədə İsa Arıcı (17) rəsmi nikahı olmadan evləndiyi həyat yoldaşı Z.K. (18) yataq otağında qan içində tapıb.

Z.K. fəryad edərkən qarşı mənzildə yaşayan İsa Arıcın atası Musa (41) və anası İclal Aric (34) evə gəliblər.  Xəstəxanaya aparılan İsa Arıcın həyatını xilas etmək olmayıb..

Gəlinlərindən ziddiyyətli ifadələr

Gəlin Z.K. dindirilmə zamanı ziddiyyətli ifadə verməyə başlayıb. Əvvəl ərinin bıçaqla intihar etdiyini, daha sonra yataq otağında yanında olmasına baxmayaraq, hadisənin necə baş verdiyini görmədiyini söyləyib.

18 yaşlı gəlin və 17 yaşlı sevgilisi HƏBS OLUNDU

Bundan sonra, polis Z.K.-ya təzyiq göstərincə evə gələn 17 yaşlı İ.D.-nin ərini öldürdüyünü etiraf edib. Z.K. əvvəl İ.D.-nin oğru olduğunu söyləyib, ancaq polis buna da inanmayınca sevgilisi İ.D.-nin ərinin qatili olduğunu etiraf edib. İki şübhəli də həb solunub.

"Oğlumu, gəlini və sevgilisi plan quraraq ÖLDÜRDÜ"

Mərhumun atası Musa Aric oğlunun gəlini və onun sevgilisi tərəfindən planlanaraq öldürüldüyünü irəli sürüb: "Mənim 7 uşağım var idi, 6-sı qaldı. O da gəlinim üzündən planlı cinayətə qurban getdi. Planlı olduğunu haradan anlayırıq başa salım. Mənim evim ilə oğlumun evi qarşı-qarşıya. Hadisədən bir gün əvvəl mənim kiçik qızım dəhlizi süpürərkən gəlinimin telefonda həmin şəxsə "planımız hazır, amma öldürdükdən sonra bu cəsədi nə edəcəyik" dəyincə qızım içəri girərək "nə planı" deyə soruşub. O da "qohumlarla birlikdə parka gedəcəyik, onun planı" cavabını verib. Ondan bir gün sonra da oğlum öldürüldü. Qətli törədən şəxs az cəza almaq üçün 18 yaşının tamam olmağınan 6 gün qalmış bu cinayəti törədib. Bunların hamısı cinayətin çox planlı bir şəkildə edildiyini göstərir".

"Bıçaqladıqdan sonra başının üstündə siqaret çəkərək ölməyini gözləyiblər"

Gəlinin o gecə fəryad etməsiylə otağa girdiklərini və oğlunu qan içində gördüyünə diqqət çəkən ata sözlərinə davam edib:

"Təxminim, oğlum xəstəxanaya çatdırıldıqdan bir saat əvvəl artıq ölübmüş. Gəlinin sevgilisi, oğlumu bıçaqladıqdan sonra başının üstündə siqaret çəkərək ölməyini gözləyiblər. Həmin otaqda şəkil belə çəkdiriblər.

Oğlumun köynəyini sevgilisinə geyindirib

Gəlinin sevgilisinin üzəri qan olub. Ona görə gəlin oğluma aldığım və heç geymədiyi köynəyini sevgilisinə geyindirib. Daha sonra da öz paltarını dəyişib və yataq otağını dağıdaraq oğru gəldiyi təəssüratı yradıb. Sonra da sevgilisini heç bir şey olmamış kimi yola salaraq fəryad-fəğan qoparıb. Bıçağı da yuyub.

"Gəlinimdən şübhələnmədim, bilsəydim onu öz əllərimlə öldürərdim"

Ana İclal Arıcı isə gəlininin, oğlunun öldürməsində barmağı olduğunu ertəsi gün günortadan sonra öyrəndiyin: "Bizimlə ağladı, mən gəlinimin heç şübhələnmədim. Oğlumu xəstəxanaya apardığımda onun qatil olduğunu bilsəydim, onu öz əllərimlə öldürərdim", - deyərək göz yaşı töküb.

Qatil cinayət MESAJINI sosial şəbəkədə XƏBƏR VERİBMİŞ

Qatil şübhəlisi İ.D.-nin hadisədən bir həftə əvvəl Facebook-da "Mənim yaşamadığım xoşbəxtliyi "kralına" da yaşatmaram. Hər kəs gününü gözləsin", -  statusu yazdığı ortaya çıxıb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.