Dünya

Qızının müalicəsi üçün pul tapmayan atadan ürəkağrıdan hərəkət - VİDEO - FOTO

28 İyun 2017 10:55
13 Şərh     Baxış: 12 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağır xəstəliyə tutulan qızının müalicəsi üçün pul tapa bilməyən çarəsiz ata çıxış yolunu qızını ölümə hazırlamaqda tapıb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, çarəsiz qalan ata qızı üçün məzar qazaraq onunla məzarda oynayıb. O, Zhanq Xin Lei adlı uşağını və özünü bu yolla ölümə hazırlayıb.

Ailəsi hazırda iki yaşı olan Zhanq Xin Leinin ağır xəstəliyə düçar olmasını hələ o, iki aylıq ikən biliblər.

Çində yaşayan ailə qızlarının müalicəsi üçün 15 min dollar xərcləyib. Lakin pulu qurtaran ailə çarəsiz qalıb. Onlar özlərini qızlarının ölümünə hazırlamaq üçün qəbir qazaraq qızları ilə birlikdə məzara giriblər.

Milli.Az təsirli videonu təqdim edir:

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Китаец играет с больной дочерью в могиле, чтобы подготовить к смерти

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.