Dünya

"Onu gənc qızla zina edərkən tutdum" - FOTO

27 İyun 2017 13:41
0 Şərh     Baxış: 4 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Feryal Gulman ilə 4 il əvvəl ayrılan məşhur iş adamı Kamal Gulman arasında iplər yenidən gərilib.

Kamal Gulman ötən gün İstanbul Atatürk Hava limanında ayrıldığı, amma hələ də boşanmadığı Feryal Gulman haqda bunları demişdi:

"Bebekdə ona verdiyim 50 milyon TL-lik imarətə dağıdılma qərarı çıxıb. Haram pul halal olmaz. Bu qadının məndən aldığı hər şey haramdır. Buna görə də evi sükülür. Soruşun görək, baxaq o həmin tikilini özü çalışıb alıb?"

Milli.Az Sabah-a istinadən xəbər verir ki, Feryal Gulman ərinin bu sözlərinə belə cavab verib:

"Əvvəlcə bildirim ki, uçurulan tikili Bebekdəki deyil. İllər əvvəl Tarabyadan aldığım evdir. Mənə 23 illik evliliyi ərzində xəyanət edən, bir gənc qızla zina edərkən tutduğum adam durub indi məni günahlandırır? Özü saxtakarlıqda mühakimə olunur. Danışsam, Türkiyədə qala bilməz. Çirkin şeylər baş verər. Sussa, onun üçün yaxşı olar. "

Qeyd edək ki, Feryal Gülmanın 23 illik həyat yoldaşı Kamal Gülman barəsində qaldırdığı 200 milyon TL-lik boşanma iddiası davam edir. 

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.