Dünya

Məşuqəsinə hicab geydirib arvadı kimi təqdim etdi: Ağılasığımaz XƏYANƏT - FOTO

27 İyun 2017 13:56
8 Şərh     Baxış: 15 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə ağılasığmaz bir xəyanətin üstü açılıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Aksaray rayonunda dəmir, polad fabriki sahibi olan Hakan Ç. ilk həyat yoldaşı Özlem Ç.-dan iki uşağı dünyaya gəldikdən sonra katibəsi Fatma Gül C. ilə birlikdə yaşamağa başlayıb. Katibəsindən də 2 uşağı olub. Keçən il katibəsini bıçaqla yaralayıb tərk edən Hakan Ç. bir müddət əvvəl  Gül C. ilə eşq yaşamağa başlayıb. Bu vaxt müflis olan Hakan Ç. sevgilisiylə əməkdaşlıq edərək, ilk həyat yoldaşı Özlem Ç.-ya aid ev və digər mülkləri satışa çıxarmağa qərar verib.

Hicablı olan həyat yoldaşına bənzəməsi üçün hicab geydirdiyi Gül C.-nı notariusa aparan hakan Ç. keçmiş həyat yoldaşının şəxsiyyət vəsiqəsindən istifadə edərək, xanımı olaraq tanıtdığı sevgilisi vasitəsilə vəkalətnamə çıxarıb. Bu vəkalətnamə ilə yoldaşına aid 400 min lirə dəyərində iki torpaq sahəsini satan Hakan Ç. sonra yoldaşının 2 uşağı ilə birlikdə yaşadığı evi də satmağa qərar verib. Polislər şübhəli Ç.-nı izləməyə başlayıb və satışın reallaşacağı anda basqın edən polis qaçmağa çalışan "əri" tutub. Ç. ilə birlikdə sevgilisi Gül C. da həbs olunub.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.