Dünya

Portuqaliya polisindən turistlərə qarşı vəhşilik - VİDEO

27 İyun 2017 12:46
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya polisi Albufeyra və Alqarvi kurortlarında britaniyalı turistlərə qarşı güc tətbiq ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin videosunu Daily mail nəşri dərc edib.

Qeyd olunur ki, hüquq-müdafiə orqanlarının əməkdaşları "Portuqaliyanın işğalı " adlı festivala kütləvi iğtişaşlar barədə məlumatlardan sonra gəliblər. Hadisə yerinə gələn 50 polis əməkdaşı turistlərə qarşı dəyənəklərdən istifadə edib, həmçinin havaya atəş açıb.

Britaniyalı qadın turistin sözlərinə görə, polisin zorakılığına heç cür haqq qazandırmaq olmaz. O bildirib ki, polis əməkdaşları sadəcə kafeyə girərək orada olan insanları vəhşicəsinə döyməyə başlayıblar. İnsident zamanı iki turist və iki polis xəsarət alıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Portuqaliya polisindən turistlərə qarşı vəhşilik

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.