Dünya

Ağ Ev: "Prezident Tramp hesab edir ki, Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi"

26 İyun 2017 22:40
0 Şərh     Baxış: 1 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident Donald Tramp hesab edir ki, Rusiya ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə edə bilərdi.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bəyan edib.

"Rusiya və potensial olaraq  digər ölkələr ABŞ-dakı seçkilərə müdaxilə edə bilərdi", deyə Ş.Spayser bildirib.
 
Bu gün D.Tramp özünün "Tvitter" səhifəsində yazıb ki, onu Rusiya ilə əlbir olmaqda ittiham edənlər ondan üzr istəməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.