Dünya

Qətərin XİN rəhbəri ABŞ-a səfər edəcək

26 İyun 2017 22:00
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Təni Vaşinqtona səfər edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qətərin Rusiyadakı səfirliyindən bildiriblər. 

Bundan əvvəl "Fox News" telekanalı məlumatlı mənbələrə istinadən xəbər verib ki, ABŞ administrasiyası Qətər ətrafında vəziyyətin nizamlanması üçün Vaşinqtonda ərəb ölkələri liderlərinin sammitini keçirilməsini nəzərdən keçirir.
 
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb. Rəsmi Doha irəli sürülən bütün ittihamları rədd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.