Dünya

Tramp 20 illik Ramazan ənənəsini pozdu

26 İyun 2017 13:01
2 Şərh     Baxış: 5 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp Ramazan ayında heç bir iftar yeməyinə ev sahibliyi etməyərək 20 illik ənənəni pozub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, eks-prezident Tomas Cefferson tərəfindən ilk dəfə 1805-ci ilə başladılan ənənə son 20 ildə heç bir lider tərəfindən pozulmamışdı. 

Reuters xəbər agentliyi ABŞ-ın xarici işlər naziri Rex Tillersonun Ramazanda iftar süfrəsi açılması ilə bağlı edilən təklifi rədd etdiyini yazır. 

The Washington Post qəzeti isə Ağ Ev tərəfindən yayımlanan və prezident Trampın imzaladığı Ramazan bayramı təbrikinin dövlət başçısına aid sosial şəbəkələrdə paylaşılmamasına diqqət çəkib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.