Dünya

Afrikalı 10 yaşlı azərbaycanlı qızı zorladı - Azərbaycanlılarla afrikalılar arasında toqquşma

26 İyun 2017 10:39
12 Şərh     Baxış: 8 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Herford şəhərindəki qaçqınlar düşərgəsində 29 yaşlı Qana vətəndaşı 10 yaşlı azərbaycanlı qızı zorlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,  cinayətkar tutulub, hazırda o həbsxanadadır. Qızcığaz xəstəxanaya çatdırılıb.

Zorlama hadisəsi iyunun 6-da 500-dən çox qaçqının yaşadığı düşərgədə baş verib. Tibbi ekspertiza zorlama faktını təsdiqləyib.

Bildirildiyinə görə, hadisədən sonra düşərgədə azərbaycanlılarla afrikalılar arasında toqquşmalar baş verib. Hətta belə bir niyyət də olub ki, düşərgədəki bütün qaradərili afrikalılar qisasdan qorunmaq məqsədilə başqa yerə köçürülsün.

Lakin sonradan bu fikirdən daşınıblar və yalnız qızın ailəsi köçürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.