Dünya

Londonda etirazçılarla polis arasında toqquşma: xəsarət alanlar var

26 İyun 2017 09:36
0 Şərh     Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonun şərqində bazar günü axşam etirazçılarla polis əməkdaşları arasında baş vermiş toqquşmalarda 6 polis əməkdaşı xəsarət alıb.

Milli.Az-ın report-a istinadən məlumatına görə, bu barədə "Sky News" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, etirazçılar məşəllər yandırıblar və polisə daş atıblar. Telekanal qeyd edib ki, xəstəxanaya xəsarət almış 4 polis əməkdaşı gətirilib.

Etiraz aksiyalarına 25 yaşlı qaradərili Edir Frederiko Kostanın iyunun 15-də avtomobilinin polis tərəfindən saxlanılmasından sonra baş vermiş ölümü səbəb olub. Belə ki, Kosta saxlanılmasından 6 gün sonra xəstəxanada vəfat edib.

Aksiya iştirakçıları Kostanın vəhşicəsinə döyüldüyünü, onun boynunun sındığını, başında isə xəsarət izləriniun olduğunu bildirirlər. Lakin şikayətlərin qəbulu üzrə müstəqil komissiya bildirib ki, ilkin nəticələr Kostanın onurğa sütunundan xəsarət aldığını göstərmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.