Dünya

Rusiyada meşələr yanır

26 İyun 2017 09:09
0 Şərh     Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 7 min hektar meşə sahəsini məhv edib.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, yanğınların söndürülməsinə 595 canlı qüvvə, 75 ədəd texnika və 5 təyyarə cəlb olunub.

Ötən gün Rusiya ərazisində 7 min hektardan çox sahəni əhatə edən 59 meşə yanğını qeydə alınıb.

Yanğınlardan ən çox Yakutiya, Amur vilayəti və Xabarovsk diyarı zərər çəkib. Sutka ərzində 15 meşə yanğını söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.