Dünya

İngiltərədə Ramazan faciəsi: məscidə maşın sürüldü, 7 yaralı - YENİLƏNİB - FOTO - VİDEO

25 İyun 2017 14:33
4 Şərh     Baxış: 1 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:33

İngiltərənin Nyukasl şəhərindəki "Westgate Sports Centre"in yaxınlığında yerləşən məscidə Ramazan bayramı münasibətilə namaza yığışmış insanların üzərinə avtomobil sürülüb.

Olayda 7 müsəlman yaralanıb.

Milli.Az The Guardian-a istinadən bildirir ki, avtomobilin sükaanı arxasında olan 42 yaşlı qadın həbs olunub.

Nyukasl şəhər polisinin rəsmi açıqlamasına görə, olayı terror aktı saymırlar.

Nyukasl apon Tayndakı olayda yaralanmış şəxslər arasında 10 yaşlı qız var. İki yaralının vəziyyəti ağırdır.

Xatırladaq ki, ötən həftə 47 yaşlı Darren Osborn Londonun Finsberi Park səmtində məsciddə namazdan çıxan insanların üzərinə avtomobil sürmüşdü.

Videonu izləmək üçün şəklə klikləyin:

При наезде машины в Ньюкасле пострадали трое детей

14:08

Böyük Britaniyanın Nyukasl şəhərində bir avtomobil sürətlə Ramazan bayramı münasibəti ilə məscid yaxınlığında toplaşan insanların üzərinə sürülüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ən azı 7 nəfər xəsarət alıb.

Qafqazinfo Mirror-a istinadən xəbər verir ki,  Nyukasl şəhərində "Westgate" idman mərkəzinin yaxınlığında avtomobili insanların üstünə sürən sürücü qadın olub.

Hadisə Ramazan bayramını qeyd edən müsəlmanların məsciddən çıxdığı zaman baş verib. Ərazidə çoxlu sayda uşaq da olub.

Polis hadisəni törədən 42 yaşlı qadın sürücünü saxlayıb. Hadisənin terror olması ehtimalı araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.