Dünya

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 09:39
3 Şərh     Baxış: 1 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Hərbi Hava Qüvvələri Suriya ordusunun mövqelərinə zərbələr endirərək, iki tank və iriçaplı pulemyot vurublar. Zərbələrə səbəb İsrail ordusunun nəzarətində olan Holan təpələrinə 10-dək mərminin təsadüfən atılması olub.  

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun komandanlığının məlumatında bildirilir. 

İsrail tərəfi mərmilərin Suriya ərazisindən təsadüfən atıldığını etiraf edərək, insidenti İsrail suverenliyinin yolverilməz pozuntusu kimi qiymətləndirib.  

İsrail tərəfdən xəsarət olmayıb. Hərbçilərin sözlərinə görə, mərmilər Suriya ordusunun Kuneytra rayonunda müxalifətçi silahlı dəstələri ilə döyüşləri zamanı atılıb.

"Bizim nöqteyi-nəzərə əsasən, Əsəd rejimi ölkə ərazisində baş verənlərə cavabdehlik daşıyır. Son iki ayda ilk dəfədir baş verən insident İsrailin suverenliyinin pozulması deməkdir", - deyə müdafiə naziri Aviqdor Libarman bildirib.    

Məlumata görə, İsrailin zərbələri nəticəsində iki suriyalı hərbçi həlak olub.   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.