Dünya

Ərdoğan huşunu itirdi, həkimlər müdaxilə etdilər

25 İyun 2017 09:26
6 Şərh     Baxış: 4 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəkərdən qaynaqlanan təzyiqlə bağlı qısa müddətdə huşunu itirib.

APA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında bayram namazı ilə bağlı İstanbulda Memar Sinan məscidinə gələn R. T. Ərdoğan huşunu itirib.

Məscidə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlərin müdaxiləsindən sonra R. T. Ərdoğan özünə gəlib. Məsciddən çıxan Türkiyə prezidenti jurnalistlərə açıqlamasında səhhətin normal olduğunu, şəkərdən qaynaqlanan təzyiqlə bağlı səhhətində qısa müddətdə problem olduğunu bildirib və bunu yorğunluqla əlaqələndirib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.