Dünya

Pakistanda tanker PARTLADI: 152 nəfər öldü, 100 yaralı var - YENİLƏNİB - FOTO - VİDEO

25 İyun 2017 23:56
13 Şərh     Baxış: 4 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:56

Pakistanın Pəncab əyalətinin Bahavalpur şəhərində neft sisterninin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə zamanı daha 117 nəfər xəsarət alıb. Xəstəxanalara yerləşdirilən yaralıların çoxu ağır vəziyyətdədir.

Telekanalın məlumatına görə, sakinlər çevrilmiş çənlərdən dağılmış yanacağı yığmaq üçün yola toplaşıblar. Lakin yanğın başlayıb.

Şahidlər bildiriblər ki, yanğın neft sisterninin aşması nəticəsində yerə dağılan mayeni yığmağa toplaşan yerli sakinlərdən bəzilərinin siqareti söndürməyərək əraziyə atması nəticəsində baş verə bilər. Yanğın onlarla avtomobili və motosikleti də məhv edib. 

14:38

Pakistanın şərqində benzin çənində baş verən yanğını nəticəsində ölənlərin sayı 148 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə "Associated-Press" agentliyi  məlumat yayıb.

Bundan əvvəl 140 nəfərin öldüyü açıqlanıb.

Videonu izləmək üçün şəklə klikləyin:

140 человек погибли ужасной смертью в Пакистане

----------

10:58

Pakistanın Pəncab vilayətinin Bahavalpur şəhərində yanacaqdaşıyan tanker partlayıb.

Qafqazinfo "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, tanker yolda hərəkətdə olarkən idarəetmədən çıxıb və aşıb.

Ətrafdakı insanlar sürücüyə yardım etmək və yoldakı yanacağı təmizləmək üçün hadisə yerinə toplaşıblar. Bu zaman tanker anidən alışaraq partlayıb. Nəticədə 140 nəfər ölüb, 100 nəfər isə yaralanıb.

Hadisə zamanı yoldakı 6 maşın və 74 motosiklet də yanıb.

Şahidlərin sözlərinə görə, bir neçə nəfər yanacaq çəninin yaxınlığında siqaret çəkirmiş. Yanğına bunun səbəb ola biləcəyi deyilir.

----------

09:16

Pakistanın şərqində neft tankerində baş verən yanğın zamanı 120-dən çox insan həlak olub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, yanğın Pəncab əyalətində baş verib.

Yanğın nəticəsində 123 nəfər ölüb, 40 nəfər isə yaralanıb.

Yanğının səbəbi barədə məlumat verilmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.