Dünya

Erməni hərbçilər qəzaya düşdülər - 12 yaralı - YENİLƏNİB - FOTO

24 İyun 2017 11:47
4 Şərh     Baxış: 1 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:47

Bu gün səhər saatlarında Ermənistanın Qeğarkunik vilayətində ağır yol qəzası baş verib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Ermənistanın Müdafiə Nazirliyinə məxsus avtobus aşıb. Qəza 06:30 radələrində Vardenis-Darenik magistralının Daranik kəndi ərazisində qeydə alınıb.

Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, qəza nəticəsində müqaviləli xidmət aparan 12 hərbçi xəsarət alıb. Yaralılar hospitala köçürülüb.

Qəza baş verən zaman avtobusda 30 hərbçi olub. 

Erməni KİV-lərində yer alan digər xəbərə görə, kənd yoluna mal-qaranın çıxması səbəbindən sürücü idarəetməni itirib. 

Ermənistanın Hərbi Polisi faktla bağlı araşdırma aparır. 

-------------

11:21

Bu gün səhər saatlarında Ermənistanın Qeğarkunik vilayətində ağır yol qəzası baş verib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyinə məxsus avtobus aşıb. 

Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, qəza nəticəsində müqaviləli xidmət aparan 12 hərbçi xəsarət alıb. Yaralılar hospitala köçürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.