Dünya

Güllələnən konqresmen reanimasiyadan çıxarıldı

24 İyun 2017 09:22
0 Şərh     Baxış: 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Virciniya ştatında odlu silahdan açılan atəş nəticəsində yaralanan Konqres üzvü Stiv Skaliz reanimasiyadan çıxarılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Medstar" tibb mərkəzinin məlumatında bildirilir.
 
S.Skalizin vəziyyəti kafidir, hazırda konqresmenin uzunmüddətli bərpa-müalicə dövrü başlanır. Bir neçə  dəfə əməliyyat olunan konqresmeninin səhhəti yaxşılaşmaq üzrədir.  Həkimlər ombasından yaralanan xəstənin çoxlu qan itirdiyini, daxili orqanlarının zədələndiyini bildirirdilər. 
 
İyunun 14-də Stiv Skaliz Virciniya ştatının Aleksandriya şəhərində öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə konqresmen və bir neçə nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb. Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.