Dünya

Qətl zamanı maşında olan uşağın anasına dedikləri tük ürpətdi - FOTO

23 İyun 2017 17:08
3 Şərh     Baxış: 11 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Minnesota ştatında bir polisin avtomobilin içində qaradərilini öldürməsi ilə bağlı yeni məlumat yayılıb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, polisin yol idarəsində atəş açaraq avtomobilin içində öldürdüyü qara dərili amerikalı Filando Kastilyanın vurulduqdan dərhal sonra çəkilən yeni görüntüləri ortaya çıxıb. O vurulandan sonra sevgilisi ilə uşağının verdiyi reaksiyalar şok edib. Azyaşlı qızın anasına "Ana qışqırma, eşidib səni də vuracaqlar. Bunu istəmirəm" dediyi məlum olub.

Minnesotada Jeronimo Yanez adlı polisin mühakimə olunduğu iddiaya təqdim edilən görüntülər böyük səs-küyə səbəb olub.

Görüntülərdə Kastilyanın yanında olan sevgilisi Daymond Reynoldsun ağladığı görünür. Reynoldsun dörd yaşlı qızı isə çaşqın baxışlarla olanları anlamağa çalışır.

Məhkəmə polisin qaradərili sürücünü qəsdən öldürmədiyini iddia edərək sərbəst buraxıb. Qərar Minnesotada etiraz nümayişlərinə gətirib çıxarıb.

Qeyd edək ki, qara dərili Kastilyanı polis çöldən atəş açaraq vurub. Sevgilisi Reynolds bütün olanları Facebook-dan canlı yayımda izlətmişdi. Qətl hadisəsi keçən ilin iyul ayında baş vermişdi.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.