Dünya

Ərəb ölkələrindən 13 TƏLƏB - Qətərə 10 gün vaxt verildi

23 İyun 2017 11:20
2 Şərh     Baxış: 1 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn iyun ayından diplomatik münasibətləri kəsdikləri Qətərə qarşı 13 maddəlik tələbnamə irəli sürüblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, böhranın həlli ilə əlaqədar vasitəçi qismində çıxış edən Küveyt tələbnaməni Qətərə təqdim edib. Qəbul edilməsi üçün Qətərə 10 gün vaxt verilən siyahıda İranla diplomatik münasibətlərin dayandırılması və Türkiyənin Qətərdəki hərbi iştirakına son qoyulması tələbi də var.

Qətərdən İrandakı ofislərini bağlaması, həmçinin İranla hərbi sahədə əməkdaşlığa son qoyması; "Müsəlman qardaşlar", İŞİD, "əl-Qaidə" və "Hizbullah" kimi terror təşkilatları ilə əlaqələri dayandırması, bu təşkilatları rəsmi olaraq terrorçu elan etməsi; "əl-Cəzirə" və digər media qurumlarını bağlaması da tələb olunur.

Bütün tələblər 10 gün ərzində qəbul edilməsə, tələbnamə qüvvədən düşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.