Dünya

Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 75-ə çatıb

23 İyun 2017 08:43
0 Şərh     Baxış: 558
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelanın paytaxtı Karakasda etiraz aksiyası zamanı daha bir nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölən şəxs 22 yaşlı gənc David Vallenilla olduğu və onun odlu silahla vurulduğu bildirilir. Gənc xəstəxanaya çatdırılsada, əməliyyat zamanı dünyasını dəyişib.

Beləliklə, Venesuelada son 3 ay ərzində etiraz aksiyaları zamanı ölənlərin sayı 75 nəfərə çatıb.

Qeyd edək ki, Venesuelada kütləvi etirazlar, Ali Məhkəmə tərəfindən müxalifət milli assambleyasının səlahiyyətlərinin ciddi məhdudlaşdırmasından sonra başlayıb. Qərar sonradan ləğv olunsada, müxalifət tərəfdarları etiraz aksiyalarını davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.