Dünya

Qadınla kişi bir məsciddə?!...

22 İyun 2017 20:30
4 Şərh     Baxış: 1 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə kişi və qadınların birlikdə namaz qıldıqları Berlin məscidini pisləyib.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, "The Daily Mail" yazır ki, Türkiyənin din məsələlərinə baxan hökumət agentliyi Diyanet Berlində yeni tipli məscidin yaradılmasına narazılıq bildirib. Bu məsciddə qadın və kişilərin bir yerdə olmasına və sərbəst şəkildə ünsiyyətinə icazə verilir.

Diyanet bəyan edib ki, belə bir şey İslamın prinsiplərinə tamamilə ziddir. Diyanet bunu da bildirib ki, belə məscidlərin yaradılması Fətullah Gülənin Hizmet təşkilatının layihələrindən biridir. Türkliyə hökuməti Güleni 15 iyul çevriliş cəhdinin arxasında durmaqda ittiham edir.

Berlində bu ayın əvvəllərində açılmış məsciddə qadın və kişilər yanaşı namaz qılırlar. Bu məscidin imamları arasında qadınlar var və burada İslamın bütün təriqətlərindən olanların ibadət etməsinə imkan yaradılır. Lakin Diyanet bəyan edib ki, Berlin məscidi İslamın 14 əsr bundan əvvəl əsası Məhəmməd peyğəmbər tərəfindən qoyulmuş təməl prinsiplərinə etinazsızlıq göstərir.

Diyanetin bəyantında müsəlmanlara bu "təxribatdan" kənarda dayanmaq çağırışı edilir."The Mail" yazır ki, Diyanet xaricdəki türk icmaları üzərində böyük nüfuza malikdir.  Diyanet xüsusi aralıq qurumu vasitəsilə Almaniyadakı 900 məscid və ya icmaya nəzarət edir. Bu məscidlərdə işləmək üçün imamları göndərən də Diyanetdir.Bu ilin əvvəllərində Almaniya polisi dörd türk imamın evlərinə reyd keçirmişdi. Onlar Almaniya türklərindən Ankara hökumətinə xəbərçilikdə şübhəli bilinirdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.