Dünya

500 ildir "yatan" qız - FOTO

22 İyun 2017 14:40
10 Şərh     Baxış: 19 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsrlərdir çürümədən günümüzə qədər gəlib çıxan qızın bədəni insanları heyrətə salır.

500 ildir yatan Llullaillak adlı bu qız 1996-ci ildə Çili və Argentina sərhədində təsadüfən aşkar edilib. O, aşkar edilən üç uşaq bədənindən yalnız biridir. Mumiyalar arasında 4 - 5 yaşlarında daha bir oğlan və bir qız uşağı da olub. 

Bədənin üzərində aparılan araşdırmalar zamanı qızın çəkisinin artdığı məlum olub.

Bradford Universitetində aparılan analizlər sonrası qızın ölməmişdən əvvəl qurudulmuş lama əti, Misir pivəsi və kokain qəbul etdiyi üzə çıxıb. 15 yaşında olduğu və yuxusunda öldüyü təsbit edilən bu qıza "La Doncella" (Bakirə) adı verilib.

"Günəşin bakirələri" mənasını verən bu tip qadınlara Aklya Kona adı verilib. Aklya Kona İnk dinində məbədlərdə yaşayan və saflıq andı edən rahibələrə deyilir.

İnk sivilizasiyasına aid uşaq mumyalarının sirri çözülüb

Elm dünyasının uzun müddətdir ölüm səbəblərini tapmaq üçün çalışdığı mumiyaların pivə və kokain qəbul etdikdən sonra donaraq öldükləri aydın olub.

Mumiyaların aradan 500 il keçməsinə baxmayaraq yatırmış kimi görünməsi elm adamlarını heyrətləndirən məqamlardan olub.

Araşdırmanın şefi Dr. Andrew Vilson uşaqların saçlarından götürülən nümunələrdə yüksək dozalı narkotikin izinə rast gəldiklərini açıqlayıb.

Dr. Andrew Vilson: "Artıq uşaqların hansı yollarla öldüklərini bilirik. Uşaqlar qurban gediblər".

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.