Dünya

İsrail polisi: "İsrailli tələbələr Ermənistanda saxta tibb diplomları alır"

22 İyun 2017 12:11
0 Şərh     Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail polisi tələbələrin Ermənistanda saxta tibb diplomları alması barədə İsrail Səhiyyə Nazirliyinin şikayətini nəzərdən keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrailin "The Marker" nəşri yazır.

Qeyd olunur ki, bir qrup şəxs İordaniya, Almaniya və ya İtaliya kimi ölkələrdə təhsil alan və təhsillərini davam etdirə bilməyən israilli tələbələri Ermənistana yönəldir.

Həmin tələbələrin 10 min avro qarşılığında Ermənistanda tibb universitetinə yerləşdirildiyi idida olunur.

Bununla əlaqədar olaraq, İsrail Səhiyyə Nazirliyi yerli tələbələrə xəbərdarlıq edib ki, Ermənistanda təhsil alanların diplomları dövlət səviyyəsində tanınmaya bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.