Dünya

İrəvanda üsyan çağırışı: "Silahlanın, Serji və bandasını fiziki məhv edin"

22 İyun 2017 10:02
1 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda ötən ilin iyul ayında polis polkunun binasını ələ keçirmiş "Sasna Tsrer" silahlı qruplaşmasının işi üzrə məhkəmədə qalmaqallı çağırış səslənib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, qrupun üzvü Varujan Avetisyan silahlı üsyana və prezident Serj Sərkisyanı fiziki məhv etməyə çağırıb.

"Mən üsyana çağırıram, silah götürün və Serji, onun bandasını fiziki məhv edin", - Avetisyan İrəvanın Nor Norkinzibati rayon məhkəməsində keçirilən proses zamanı çağırış edib.

Məhkəmə prosesi kifayət qədər gərgin keçir və tez-tez zalda qarşıdurmalar yaranır. Proses zamanı qrup üzvlərinin vəkilləri hakimin qanunsuz hərəkətlərinə etiraz ediblər. Bu vaxt Varujan Avetisyan da silahlı üsyana çağırış edib və hakim onun prosesdən kənarlaşdırılmasına dair qərar verib. Fasilədən sonra onu yenidən zala qaytarıblar.

Xatırladaq ki, "Sasna Tsrer" qruplaşmasının silahlı üsyan başladaraq İrəvanda polis polkunun binasını ələ keçirməsi ötən ilin aprelində Qarabağda gedən döyüşlərin Ermənistanda yaratdığı siyasi təlatümlərin nəticəsi idi. 

Qrup üzvləri bunu bəhanə edirdi ki, Ermənistan hakimiyyəti hərbi məğlubiyyətə uğrayandan sonra ərazilərin qaytarılmasına dair danışıqlar aparır. Qarabağ müharibəsi veteranlarından ibarət olan "Ssna Tsrer" qruplaşmasının başlatdığı üsyan həftələrlə davam etdi və bir neçə nəfərin həlak olması, çoxsaylı həbslərlə nəticələndi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.